Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi


  • 31 Yanvar 2020 13:05

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda əməliyyat keçirib.

E-huquq.az xəbər verir ki, idarəyə daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər