Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda çıxış edən Hərbi Prokuror Xanlar Vəliyev 2019-cu ildə qeydə alınmış xüsusilə ağır cinayətlər 2018-ci illə müqayisədə 44,4% azaldığını diqqətə çatdırıb.
O bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınan odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7% azalıb.
