Məzmuna keç

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olundu

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Faktı BŞBPİ-dən e-huquq.az-a təsdiq ediblər.

Qeyd edək ki, S. Səfərova qədər bu vəzifəni polis polkovniki Nurullah Məmmədxanlı daşıyıb. O, bu gün nazirin əmri ilə BŞBPİ-nin rəis müavini təyin edilib.