Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbir keçirilir - FOTO


  • 10:32

Bakıda Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbir keçirilir.

E-huquq.az xəbər verir ki, tədbirdə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmisi bir araya gəlib.

Mərasimdə Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Avropa İttifaqı Şurasının keçmiş prezidenti və Belçikanın sabiq Baş naziri Şarl Mişel və digər xarici qonaqlar çıxış edəcəklər.

Tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.

Oxşar xəbərlər