"Ədalət siyasətin alətinə çevrilməməlidir"


  • 11:12

"Geosiyasətin dəyişdiyi dünyada arbitraj müxtəlif təhdidlərə məruz qala bilər. Arbitrajın qərəzsiz olması vacibdir və geosiyasi müzakirələrin alətinə çevrilməməlidir".

E-huquq.az xəbər verir ki, bu sözləri Avropa Şurasının keçmiş Prezidenti və Belçikanın keçmiş baş naziri Şarl Mişel Bakı Arbitraj Mərkəzinin açılış mərasimində deyib.

O bildirib ki, ən mübahisəli hallarda belə ədalət siyasətin alətinə çevrilməməlidir: "Bu, beynəlxalq hüququn düzgün işləməsinin vacib nümunəsidir".

Humay Eminqızı

Oxşar xəbərlər