Bakı, Gəncə və Sumqayıt Apellyasiya məhkəmələrinə hakimlər təyin edildi


  • 11:53

Bakı, Gəncə və Sumqayıt Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apelyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Apellyasiya məhkəmələri hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.

Oxşar xəbərlər