- 15:36
Hazırda məhkəmə sistemində 645 nəfə hakimdən 175 nəfərini qadınlar təşkil edir.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, 2019-cu ilə qədər təyin edilmiş 415 hakimin cəmi 63 nəfəri (15,1%) qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri (46,9%) qadınlardır: "Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir".
Şəbnəm Mehdizadə