- 15:36
"Arbitrajın olması məhkəmə sistemində geniş islahatların başladılmasına böyük imkan yaradır".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov Bakıda Arbitraj Mərkəzinin açılış mərasimində deyib.
A.Poladov qeyd edib ki, 2023-cü ildə "Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanun hüquq sahəsində çalışanlar üçün böyük imkan yaradıb.
O, arbitraj institutunun Azərbaycanda etimad qazanacağına ümidvar olduğunu bildirib.
Humay Eminqızı