22.10.2026
Məhkəmə ekspertizası idarələri dövlət büdcəsindən maliyyələşəcək
Məhkəmə

Məhkəmə ekspertizası idarələri dövlət büdcəsindən maliyyələşəcək

Dek 11, 2025

Azərbaycanda məhkəmə ekspertizası idarələrinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əks olunub.

Sənəddə qeyd olunub ki, məhkəmə ekspertizasının lazımi səviyyədə aparılmasınının təmin edilməsi, o cümlədən məhkəmə ekspertizası idarələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, müvafiq tədbirlərin maliyyələşdirilməsi zamanı ekspertiza fəaliyyətinin özünümaliyyələşdirmə mexanizmlərindən istifadə edilməsi, o cümlədən ekspertiza xidmətləri göstərilməsindən daxil olan vəsaitin bir hissəsinin bu sahənin inkişafına yönəldilməsi imkanları da nəzərdən keçiriləcək.

Konsepsiyanın əsas prioritet istiqamətlərinin həlli üçün dövlət-özəl tərəfdaşlığı nəticəsində formalaşan maliyyə vəsaitindən, yerli və xarici investisiyalardan, beynəlxalq təşkilatların, donorların və fondların vəsaitindən, qanunda nəzərdə tutulan digər mənbələrdən də istifadə edilə bilər.