Azərbaycanda kommersiya üzrə baxılan işlərin sayı açıqlandı


  • 14:49

Ali Məhkəmənin kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb.

E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirib.

Məlumata görə, 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, 4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub.

İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb. Baxılmış işlərdən 81,1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18,1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.

Oxşar xəbərlər