- 12:21
Bu gün Ali Məhkəmədə İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov barəsində qərardan verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Afiyəddin Məmmədov 8 il müddətində azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
Humay Eminqızı