- 15:18
Şirvan Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hikmət İsmayılovun (şərti ad-soyad) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Belə ki, H.İsmayılova bəraət verilib və o, həbsdən azad olunub.
Qeyd edək ki, H.İsmayılov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Humay Eminqızı