Sənan Hacıyev: "Təhsil hüquqi biliklərlə yanaşı, şəxsiyyətin formalaşmasına da töhfə verməlidir"


  • 15:18

Təhsil müəssisəsi nəinki tələbəni dərin hüquqi biliklərlə təmin etməlidir, eləcə də onun bir şəxsiyyət kimi formalaşmasında öz töhfəsini verməlidir".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, əks halda, hüquqi incəlikləri mükəmməl bilən, lakin cəmiyyət üçün faydasız, hüquqi biliklərini doğru olmayan istiqamətdə istifadə edən biri və ya əksinə, tərbiyəli, xoş təəssürat bağışlayan, lakin fundamental hüquqi biliklərə malik olmayan bir şəxs yetişdirmək mümkündür.

S.Hacıyev bildirib ki, tərbiyə dedikdə bura mənəvi dəyərlər, hüquqi dünyagörüş, hüquqi etika və peşə şərəfi, hüquqi və düşüncə mədəniyyəti, ədalət hissi və humanizm, antikorrupsion tərbiyə aid etmək olar.

Oxşar xəbərlər