Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadıldı


  • 20:20

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində qərar qəbul olunub.

Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

Oxşar xəbərlər