Anasının sevgilisini öldürən yeniyetməyə hökm oxundu


  • 13:48

Bakıda qətl törətməkdə təqsirləndirilən 16 yaşlı Y.Q-nin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, yeniyetmənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Y.Q. 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla Emil Əliyevin qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, 16 yaşlı yeniyetmə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər