"Yetkinlik yaşına çatmayan şəxslərə cəza təyin edilməsi ilə bağlı problemlər var"


  • 10:51

"Məhkəmə təcrübəsində bir çox hallarda qanunvericiliyimizdə yetkinlik yaşına çatmayanlara münasibətdə cəzanın təyin olunması məsələsi düzgün tətbiq olunmur".

E-huquq.az xəbər verir ki, bunu vəkil Anar Mövsümoğlu deyib.

O qeyd edib ki, Cinayət Məcəlləsinin 85-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar üçün azadlıqdan məhrumetmənin yuxarı həddi 10 il müəyyən edilib və onlar üçün ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilməz. Yetkinliş yaşına çatmış şəxslər üçün isə azadlıqdan məhrumetmənin yuxarı həddi 20 il müəyyən edilib: "Digər müddəalara (müddətlər məhkumluq və.s) da nəzər salsaq onların da mütənasib azaldılmasını görə bilirik".

Vəkil bildirib ki, Cinayət Məcəlləsinin xüsusi hissəsində isə cəzaların həddi yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ayrılmır. Bu isə məhkəmələr tərəfindən cəza tətbiq edilən zaman düzgün olmayan təcrübə formalaşdırılır.

"Belə ki, məhkəmələr cəza təyin edəndə maddənin sanksiyasısına nəzər salır. Əgər maddənin sanskiyasında azadlıqdan məhrumetmə cəzansının həddi 10 ilə qədər müəyyən edilərsə yetkinlik yaşına çatmayan şəxslərə sanskiya həddində cəza təyin edir. Əgər maddənin sanskiyasında azadlıqdan məhrumetmənin həddi 10 ildən artıq müəyyən olunarsa onda ən çox 10 il azadlqıdan məhrumetmə cəzası təyin oluna bilər müddəasını nəzərə alaraq yetkinlik yaşına çatmayan şəxslərə 10 il azdlıqdan məhrumetmə cəzası təyin edirlər. Hərçənd qanunvericlikidəki məqsəd mexaniki azaldılma deyil, cəza təyin edilən zaman yetkinlik yaşına çatmayanın psixoloji xüsusiyyətlərini, sosial mühitini və tərbiyəvi yanaşmanı əsas götürərək cəzanı elə əvvəlcədən həmin 10 illik çərçivə daxilində müəyyən etməkdir. Əks halda maraqlı bir nəticə çıxır: sanksiyası çox ağır olan cinayətləri törədən yetkinlik yaşına çatmayan şəxslər bu "yuxarı həddən"dan daha çox faydalanmış kimi görünür, halbuki qanunun ruhu onları üstün vəziyyətə gətirmək yox, sadəcə yaş faktorunu nəzərə alaraq cəzanı fərqli fəlsəfə ilə müəyyən etməkdir", - deyə A.Mövsümoğlu qeyd edib.

Vəkil hesab edir ki, məhkəmələr indiki halda yetkinlik yaşına çatmayan şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edərkən yetkinlik yaşına çatmış şəxsə təyin olunmalı cəzanı yarıbayarı azaltmaqla qanunun ruhuna əməl etmiş olarlar.

Humay Eminqızı

Oxşar xəbərlər