Terror barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 14:46

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan və Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitaliy Zabolotskinin barəsində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vitaliy Zabolotski 6 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Vitaliy Zabolotskiy Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər