- 11:44
Bu gün Ali Məhkəmədə azyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı Ahmet Yeşil barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2024-cü il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyiti aşkar edilib. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Humay Eminqızı