- 11:44
Bakı Apellyasiya Məhkəməsində Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanı vətəndaşları - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, məhkəmənin qərara əsasən, onların cəzası 2 ildən 6 aya endirilib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə hər üç şəxs 2 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşları - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb.