- 17:31
Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını döyməkdə təqsirləndirilən Ceyhun Kərimovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Zəfər Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C.Kərimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500manat miqdarında cərimə olunub.
İttihama görə, C.Kərimov Bakı şəhəri, Xətai rayonu yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Yeganə Əliyevanı döyüb. Məlumata görə, onların arasında mübahisəyə səbəb Y.Əliyevanın C.Kərimova verdiyi borc pulu geri istəməsi olub.
Şəbnəm Mehdizadə