8-ci sinif şagirdi mağazadan pul oğurladı - Gecə klublarında spirtli içkilərə xərclədi


  • 11:29

Xırdalanda pərdə-tül mağazasından oğurluq etməkdə təqsirləndirilən Vahid Həsənovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, 8-ci sinif şagirdi olan V.Həsənov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, 15 yaşlı V.Həsənov Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "Pərdəçi №1" adlı pərdə-tül mağazasının qarşısından keçərkən mağazada satıcı olan şəxs divanda yuxuladığını görüb və mağazaya qanunsuz daxil olub. O, içəridəki taxta mebelin üzərindəki pul kassasının kilidini qayçı ilə sındıraraq kassadan 3577 manat pulu oğurlayıb.

O, məhkəmədə ifadəsində həmin pulu qısa zamanda, yəni 1-2 gün ərzində gecə klublarında spirtli içkilərə və istirahətə xərclədiyini bildirib.

Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, V.Həsənov 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.

Humay Eminqızı

Oxşar xəbərlər