Övladının müalicəsi üçün "Luk Oil"dən oğurluq etdi


  • 11:52

"Luk Oil" yanacaq doldurma məntəqəsindən oğurluq etməkdə təqsirləndirilən Murad Seyidovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimoavnın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Seyidov 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.

İttihama görə, M.Seyidov 03:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən, operator vəzifəsində işlədiyi "Luk Oil" yanacaq doldurma məntəqəsinin ofisində masanın üzərində olan, həmin yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyən şəxsə məxsus dəftərin içərisindən sonuncunun 1100 manat pulunu oğurlayıb.

Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən M.Seyidov məhkəmədə ifadəsində deyib ki, həmin dövrdə ailə problemləri olduğundan maddi çətinlik yaşayıb. Övladının müalicəsi üçün təcili pula ehtiyacı olub. Bir müddət pul tapmağa çalışsa da, buna nail ola bilməyib. Bu səbəbdən işlədiyi yanacaq doldurma məntəqəsindən oğurluq etmək niyyətinə düşüb.

Humay Eminqızı

Oxşar xəbərlər