Bakıda 2 nəfərin öldüyü ağır qəzaya görə 7 il CƏZA VERİLDİ


  • 16:01

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sultan Sultanlının cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Sultanlı 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Sultan Sultanlının 5 il sürücülük hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Zərərçəkənin ailəsi 70 000 təzminatın ödəniləcəyi təqdirdə barışıq ola biləcəyini bildirmişdi. Təqsirləndirilən tərəf bu qədər məbləği vermək imkanında olmadığını bildirmişdi.

Qeyd edək ki, 2025-ci ilin 24 aprel tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən Məlikov Ramin İmambaxış oğlunun idarə etdiyi "Lada" markalı 90-VM-038 dövlət qeydiyyat nişanlı avtomobillə Sultanlı Sultan Rafael oğlunun idarə etdiyi "Hyundai" markalı 99-CY-072 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlər - Rüstəmov Hacıalı Adil oğlu və Məlikova Vəsfiyyə Yasin qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (Ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü)ilə cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər