Siqaret verməyən qonşusunun başını əzdi


  • 16:46

Biləsuvarda qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Elgün Dadaşovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Biləsuvar rayon Məhkəməsində hakim Mədinə Rəsulovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, onun barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.

İttihama görə, tərəflər arasında siqaret üstündə mübahisə yaranıb. Belə ki, 1990-cı il təvəllüdlü E.Dadaşov qonşusu Nicatdan (şərti) siqaret istəyib. Nicat ona "cibinə siqaret al qoy" deyərək zarafat etdib. O, zarafata əsəbləşərək əli ilə Nicatın başından tutub arxasında olan darvazaya çırpıb. Nəticədə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurub. Hadisə ilə bağlı polisə müraciət olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər