Ramiz Rzayev: "Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır"


  • 10:17

"Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir.

"Azərbaycan Hakimlər İttifaqı da məhz bu məqsədlə fəaliyyətini davam etdirir. İttifaqımızın əsas vəzifələrindən biri hakimlərin peşə fəaliyyətinə dəstək vermək, onların hüquqlarının qorunması, peşəkar inkişafının təşviqi və hakimlər arasında sağlam, konstruktiv əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Son dövrlərdə bu istiqamətdə görülən işlər, həyata keçirilən təşəbbüslər və qurulan beynəlxalq əlaqələr fəaliyyətimizin düzgün və ardıcıl istiqamətdə davam etdiyini göstərir. Qarşıdakı dövrdə fəaliyyətimizdə daha sistemli yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi, hakimlərimizin beynəlxalq platformalarda iştirakının genişləndirilməsi və təcrübə mübadiləsinin artırılması əsas prioritetlərimizdən biri olmalıdır", - deyə R.Rzayev qeyd edib.

Onun sözlərinə görə, bu forum çərçivəsində aparılacaq müzakirələr də məhz bu məqsədlərə xidmət etməlidir: "Səsləndiriləcək fikirlər, irəli sürüləcək təkliflər və formalaşacaq yanaşmalar ümumilikdə məhkəmə sistemimizin gələcək inkişafına mühüm töhfə verəcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər