Hakimlər İttifaqının sədri: "Hüququn aliliyi güclü məhkəmə ilə mümkündür"


  • 10:15

"Cənab Prezident İlham Əliyev tərəfindən 8 avqust 2025-ci il tarixdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri ilə imzalanmış birgə bəyanat regionda sülhün, sabitliyin və hüquqa əsaslanan münasibətlərin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini, dövlətimizin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini aydın şəkildə ifadə edir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə bir mərhələdə məhkəmə hakimiyyətinin rolu xüsusilə ön plana çıxır: "Çünki hüququn aliliyi, ədalət mühakiməsinin obyektiv və müstəqil həyata keçirilməsi və cəmiyyətdə hüquqa inamın möhkəmləndirilməsi məhz güclü və müstəqil məhkəmə hakimiyyəti vasitəsilə təmin olunur. Bu baxımdan, bugünkü forum məhkəmə hakimiyyətinin yerinin və rolunun bir daha qiymətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır".

R.Rzayev xatırladıb ki, qısa müddət əvvəl ölkəmizdə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının yüksək səviyyədə və uğurla keçirilməsi Azərbaycan məhkəmə sisteminin beynəlxalq platformalarda etibarlı tərəfdaş, açıq dialoqa hazır və peşəkar institut kimi mövqeyini bir daha möhkəmləndirib: "Bu mötəbər tədbir yalnız təşkilati baxımdan deyil, məzmunu, müzakirə olunan məsələlərin aktuallığı və əldə olunan nəticələr baxımından da Azərbaycan hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb etdi".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər