Azərbaycanda hakimlərin sayı açıqlandı


  • 10:25

"Şəffaf seçim mexanizmi əsasında 83 yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Sədrin fikrincə, bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər