Vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində işlər davam etdirilir - Ali Məhkəmənin sədri


  • 10:29

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib.

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əlavə və dəyişikliklərlə birgə Ali Məhkəmə tərəfindən 10 Plenum qərarı, 2 kollegiya qərardadı qəbul edilib, 45 yekun məhkəmə qərarına 3 ulduz statusu verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər