Məhkəmə-Hüquq Şurasının sədri: "Qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyət daşıyır"


  • 10:32

"Ötən dövr məhkəmə sistemi üçün səmərəli və məhsuldar olsa da, qarşımızda hələ bir sıra vacib vəzifələr dayanır".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

O hesab edir ki, vahid məhkəmə təcrübəsinin daha geniş tətbiqi sayəsində qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyət daşıyır. Həmçinin hakimlərin iş yükünün optimallaşdırılması, onların sosial təminatının gücləndirilməsi və etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər