İnam Kərimov: "Məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır"


  • 10:30

"Məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində və qərarların dəqiqliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

"Fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı müşavirədə də Prezident İlham Əliyev bildirdi ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalı, bu sahədə qabaqcıl təcrübələrdən mərhələli şəkildə istifadə edilməlidir. Bu baxımdan deyə bilərik ki, süni intellektin məhkəmə-hüquq sahəsində də tətbiqi reallığa çevrilib. Düzgün istifadə olunduqda məhkəmə təcrübəsinin təhlili, hüquqi sənədlərin hazırlanması və risklərin qiymətləndirilməsi prosesində mühüm dəstək vasitəsi kimi çıxış edə bilər. Buna görə də hazırda məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılmaqdadır", - deyə sədr qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər