- 11:46
"Ali Məhkəmənin təşəbbüsü ilə yaradılmış "Femida Dialoq Platforması" vətəndaş cəmiyyəti ilə məhkəmə arasında dialoqun inkişafına xidmət edir".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu platforma çərçivəsində ötən dövrdə bir sıra görüşlər keçirilib.
Sədrin sözlərinə görə, Hakimlərin II Forumu məhz həmin müzakirələrin məntiqi davamı kimi çıxış edir.
"Azərbaycan Hakimlər İttifaqının təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunmuş bugünkü Forumda aktual hüquqi məsələlər üzrə Panel müzakirələr təşkil olunacaq. Fürsətdən istifadə edərək, Hakimlər İttifaqına və bu Forumun təşkilində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Əminəm ki, burada bir çox dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə aparılan müzakirələr yeni ideyaların, təşəbbüslərin formalaşmasına və məhkəmə sisteminin inkişafına mühüm töhfə verəcək", - deyə İ.Kərimov əlavə edib.
Şəbnəm Mehdizadə