- 12:42
Dələduzluqda təqsirləndirilən Ofelya Həsənovanın cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsə daha öncə təyin olunmuş 5 il azadlıqdan məhrumetmə cəzası ilə hazırki cəzası toplanmaqla onun qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Mülki iddiaya münasibət bildirən O.Həsənova iddianı qəbul etməyib: "20 min manat almışam, onu da ödəməyə hazıram. 118 min 708 manat mülki iddianı qəbul etmirəm və ödəməyəcəm".
Məhkəmə müşavirəyə gedib. Daha sonra hökm oxunub. Hökmə əsasən, O.Həsənova 7 il maddətinə azadlıqdan məhrum edilib.
Mülki iddia qismən təmin edilib. Belə ki, zərərçəkmiş şəxsə 103 min manat ödəniləcək.
Qeyd edək ki, O.Həsənovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) üzrə cinayət işi açılıb. O, zərərçəkmiş şəxsə 118 min 708 manat ziyan vurmaqda təqsirləndirilib.
Humay Eminqızı