Kərəm Mansurov: "Hazırda süni intellektin tətbiqi ilə bağlı 23 istiqamət üzrə inteqrasiya aparılır"


  • 13:25

"Bu gün məhkəmə sistemində süni intellektin tətbiqi məsələsi yalnız texnologiya məsələsi deyil, artıq institusional məsuliyyət məsələsidir".

E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.

O bildirib ki, süni intellekt hakim qərarını əvəz etmir, onu daha keyfiyyətli və əsaslandırılmış edir, hakimin analitik imkanlarını genişləndirir. Əsas hədəf isə dəyişmir: ədalətli, əsaslandırılmış və ictimai etimada layiq məhkəmə qərarı.

Aparat rəhbərinin sözlərinə görə, hazırda sistem üzərindən 13 qurumla 23 istiqamət üzrə inteqrasiya aparılır: "Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi və məlumat mübadilələri ilə əlaqədar sorğumuz əsasında hakim korpusundan xeyli əsaslı təkliflər daxil olmuş və həmin təkliflər təhlil edilməkdədir. Eyni zamanda, müvafiq sistem kritik informasiya obyekti olduğundan kibertəhlükəsizlik ilə əlaqədar, Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə bu sahədə sıx əməkdaşlıq davam etdirilməkdədir. Habelə təhlükəsizlik baxımından əsas və ehtiyat serverdən Hökümət buluduna keçidlə bağlı zəruri addımlar atılmaqdadır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər