"Süni intellekt hakimin müstəqilliyini gücləndirən mexanizm kimi çıxış etməlidir" - Aparat rəhbəri


  • 13:37

"Məhkəmə sistemində rəqəmsallaşma yalnız texnoloji modernləşmə deyil, ədalət mühakiməsinin keyfiyyəti, əlçatanlığı, səmərəliliyi və etibarlılığının artırılması vasitəsidir".

E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.

O bildirib ki, "Elektron məhkəmə" informasiya sistemi ayrı-ayrı alətlər toplusu deyil, vahid ekosistem kimi qurulmalıdır. Süni intellekt isə bu ekosistemdə hakim müstəqilliyini gücləndirən və prosesi sürətləndirən köməkçi mexanizm kimi çıxış etməlidir.

"Bir sözlə texnologiya dəyişir, amma ədalətin müəllifi dəyişmir", - Aparat rəhbəri vurğulayıb.

"Rəqəmsallaşma üzrə mövcud proseslər vahid həlqə təşkil etdiyindən, istər "Elektron məhkəmə" informasiya sistemi , istərsə də digər platformalar üzrə süni intelekt ekosistemində uğur yalnız aidiyyəti dövlət qurumları, habelə digər təsisatlar arasında sıx koordinasiya və sağlam əməkdaşlıq nəticəsində mümkündür" - deyə K.Mansurov əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər