- 21 Fevral 12:41
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
E-huquq.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edib.
Sabiq icra başçısı ötən ilin oktyabr ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
İslam Vahid oğlu Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, ona AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.