- 17:37
Sələmçini qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elçin Vəliyevin təqsirli bilindiyi 120.2.5-ci maddə sübuta yetirilmədiyi üçün cinayət işi üzrə icraata xitam verili. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 5 sentyabr 2025-ci ildə baş verib. 1969-cu il təvəllüdlü E.Vəliyev Təravət Cəfərxanovaya 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Məlum olub ki, T.Cəfərova sələmçi olub, E.Vəliyev isə ondan sələmə pul götürüb.
E.Vəliyevə Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci maddəsi (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) üzrə cinayət işi açılıb.
Humay Eminqızı