Tələbələr “Açıq qapı” günündə Ali Məhkəmədə oldular - FOTO


  • 17:01

Dövlət Gömrük Komitəsinin Könüllü Təşkilatının üzvləri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

E-huquq.az xəbər verir ki, könüllülər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Elşad Şamayev könüllülərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət idarəçiliyində yeri və rolu, habelə qanunvericilik və məhkəmə təcrübəsi barədə məlumat verib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda könüllülər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Oxşar xəbərlər