Ali Məhkəmədən 2 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəislə bağlı QƏRAR


  • 17:45

Bu gün Ali Məhkəmədə Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edilməyib.

Qeyd edək ki, S.Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur. O, həmçinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

Humay Eminqızı

Oxşar xəbərlər