- 09:00
Zərdabda tanışını bıçaqlamaqda təsirləndirilən İlkin Qasımovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
E-huquq.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Qasımov 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il sınаq müddəti ilə şərti hesаb edilib.
İttihama görə, İ.Qasımov dostu Tamerlan Orucovu (şərti ad-soyad) "TikTok" platformasında onu söydüyünə görə bıçaqlayıb. Onun barəsində Cinayət Məcəlləsininn 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Humay Eminqızı