- 16:35
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Ali Məhkəmənin sədri İnam Kərimov, sədr müavini Çingiz Əsgərov, Məhkəmənin kollegiya sədrləri - Sənan Hacıyev, Hafiz Nəsibov, Kəmalə Abiyeva, Xəqani Məmmədov və Aparat rəhbəri Cavid Hüseynov Bakının Xətai rayonunda ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
E-huquq.az xəbər verir ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.