Oğurladığı qızılları lombarda qoyan şəxsə hökm oxundu


  • 16:35

Suraxanı rayonunda yaşayış evinə daxil olaraq orada saxlanılan itlə oynadıqdan sonra evdə olan qızılları oğurlayaraq lombarda girov qoyan Valeh Bədəlovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, V.Bədəlov AR Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

V.Bədəlov şəxs bildirib ki, son zamanlar maddi vəziyyəti pis olduğuna və borcu olduğuna görə oğurluq etməyə qərar verib.

O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində evə daxil olaraq oradan televizor, saat, qızıl və s. olmaqla ümumi dəyəri 4 890 manat oğurluq edib. Daha sonra oğurladığı qızılları lombarda girov qoyaraq 960 manat pul götürüb. Oğurladığı digər əşyaları isə, “bit bazarı” kimi tanınan yerdə ümumilikdə 300 manata satıb.

Humay Eminqızı

Oxşar xəbərlər