- 12:27
Birgə nikah dövründə ər-arvaddan birinin digərinə xəyanət etməsi mənəvi zərərə görə iddia qaldırılmasına əsas yarada bilər.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, artıq məhkəmələr bu halları ailə münasibətlərinə zidd davranış kimi qiymətləndirəcək.
Xatırladaq ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında ilk dəfə olaraq ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallar müəyyən olunub.