- 17:11
Həbsdə olan şəxsi pul qarşılığında azad etdirəcəyini vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Kamal Sahibovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K.Sahibov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K.Sahibov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılaran bir şəxsin oğluna 50 min manat qarşılığında atasının həbsdən azad ediləcəyini yalandan vəd edərək dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə