Bakıda kişi arvadının başını yardı


  • 16:40

Bakıda arvadına xəsarət yetirməkdə təqsirləndirilən Çingiz Babayevin (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi il keçirilən prosesdə hökm oxunub

Hökmə əsasən, Ç.Babayev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.

İttihama görə, 1990-cı ilə təvəllüdlü Ç.Babayev saat 00:45 radələrində evə qayıtdıqda həyat yoldaşı kobud şəkildə danışaraq ondan niyə gec gəldiyini soruşub. Bu mübahisə zamanı, o, yataq otağında arvadının alın nahiyəsinə zərbə endirib. Zərbənin təsirindən qadının alnı partlayıb. Hadisə ilə bağlı polisə müraciət olunub və cinayət işi başlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər