- 17:43
Bakıda azyaşlıya qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Samir Əliyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, 1987-ci il təvəllüdlü S.Əliyev həbsdən yenicə azad olubmuş. Belə ki, o, 2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib və 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Bir müddən öncə azadlığına qovuşan S.Əliyev çox keçmədən yenidən cinayət əməlinə əl atıb. O, 2025-ci ilin iyun ayında paytaxtın Nəsimi rayonu ərazisində 2-ci sinif şagirdi, 2018-ci il təvəllüdlü Uğur Qasımovun mobil telefonu onun əlindən alıb qaçıb.
Hadisə barədə polisə məlumat verilib və faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb.
S.Əliyev ifadəsində bildirib ki, "20 yanvar" metrostansiyasına yaxın ərazidə evlərin arası ilə gedərkən məhəllədə yerdə bir ədəd "Huawei" markalı mobil telefonu görmüş və telefonu götürüb cibinə qoyub. Daha sonra evə gedib. Mobil telefonun enerjisi bitdiyi üçün mobil telefonu işlədə bilməyib və polisə məlumat verə bilməyib.
Məhkəmənin qərarına əsasən, S.Əliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şəbnəm mehdizadə