Qapını gec açan arvadını döydü


  • 17:43

Bakıda həyat yoldaşına xəsarət yetirməkdə təqsirlndirilən Rəşad Vəliyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən,R.Vəliyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilib.

ittihama görə, R.Vəliyev spirtli içki aludəçisidir və bu səbəbdən həyat yoldaşı ilə arasında dəfələrlə mübahisələr yaranıb. 16 yanvar 2026-cı il tarixdə işdən çıxdıqdan sonra Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında bir qədər vaxt keçirdikdən sonra yaşadığı mənzilə gəlib. Qapını döydüyü zaman həyat yoldaşının qapını gec açması səbəbindən əsəbləşib. O, qapının gec açılmasını bəhanə edərək arvadının ünvanına nalayiq ifadələr işlədib, üzərinə hücum edərək yumruq zərbələri ilə baş və qol nahiyəsindən vurub və ona xəsarətlər yetirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər