Bakıda hoteldə anasını öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu


  • 12:59

Anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O A. Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkilin çıxışından və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ayxan Qasımlı 7il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.

İttihama görə, Ayxanla anası arasında geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu buna etiraz edib. Əsmət isə "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib. Bundan sonra azyaşlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər