Sinif yoldaşının ölümündə ittiham olunan taksi sürücüsünə hökm oxundu


  • 16:12

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşən Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Qəbələ Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Cəfərov 4il 9 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 11 sentyabr 2025ci il tarixdə Qəbələ rayon İsmayıllı-Şəki yolunda qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdü E.Səmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin 1989-cu il təvəllüdü İsa Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, E.Səmədov Ağdaş rayon ərazisində taksi olaraq fəaliyyət göstərirmiş. Qəzada həlak olan İ.Əliyev isə onun sinif yoldaşı olub.

Yusif Şükürov

Oxşar xəbərlər