Ali Məhkəmə "Kontakt Home"un administratoru barədə qərar qəbul etdi


  • 16:42

Bu gün Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən “Kontakt Home 41” mağazasının sabiq inzibatçısı (administratoru) Elzamin Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elzamin Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, Elzamin Məmmədov 2021-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək "ABC-Telecom" MMC-nin əmtəə nişanının sahibi olan “Kontakt Home 41” mağazasının inzibatçısı (administratoru) vəzifəsində işləyib. O, həmin müddət ərzində şirkətin 56 693,09 manat məbləğində pulu mağazanın kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf edib.

Humay Eminqızı

Oxşar xəbərlər