- 19:10
Qusarda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Lamiyə Hacıyevanın (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, L.Hacıyeva Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, 2000-ci il təvəllüdlü L.Hacıyeva qeyri-rəsmi sevgi münasibətində olduğu .1968-ci il təvəllüdlü Kərim Sadıqovla (şərti ad-soyad) Qusar şəhərində yerləşən özünə məxsus evdə cinsi əlaqədə olan zaman həmin prosesi telefonun videokamerası vasitəsi ilə çəkib, daha sonra həmin video görüntüləri K.Sadıqovun mobil telefona göndərərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək sonuncudan 3500 manat məbləğində pul tələb edib.
Məlumata görə, L.Hacıyeva Qusar rayonunda fəaliyyət göstərən kafelərin birində ofısant işləyirmiş Zərərçəkmiş şəxslə də orada tanış olub və ünsiyyətləri yaranıb.
Şəbnəm Mehdizadə